Bank Of Baku

Yaxın vaxtlarda «Petkim»də yeni neftayırma zavodunun tikintisinə başlanacaq

Yaxın vaxtlarda «Petkim»də yeni neftayırma zavodunun tikintisinə başlanacaq
# 09 avqust 2010 08:15 (UTC +04:00)
«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə «Petkim» şirkətinin İdarə Heyətinin sədri Kənan Yavuz bildirib.

Zavodun təməlinin konkret olaraq nə zaman qoyulacağı barədə məlumat verməyən K. Yavuz inşaat işlərinə 5 mlrd. ABŞ dolları sərmayə yatırılacağını deyib. K. Yavuzun sözlərinə görə, bu, Türkiyədə son illərdə reallaşdırılan ən böyük investisiya layihəsi olacaq.

Müasir texnologiyalara uyğun yaradılacaq yeni zavod ildə 10 mln. ton neft emal etmək gücünə malik olacaq. Yeni neftayırma zavodunun 2014-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, SOCAR-TURCAS Birgə Müəssisəsinə İzmir bölgəsində yeni neft emalı zavodunun tikilməsinə dair Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) tərəfindən müvafiq lisenziya ötən ay verilib.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra Tender Komissiyası bu qərarı ləğv edərək, «SOCAR/Turcas» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR