Bank Of Baku

Xəzərin Azərbaycan sektorundakı “Pirallahı” adasındakı quyu qazmadan sonra istismara verilib

Xəzərin Azərbaycan sektorundakı “Pirallahı” adasındakı quyu qazmadan sonra istismara verilib
# 09 avqust 2010 08:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizinin Azərbaycaen sektorunda yerləşən “Pirallahı” adasındakı 1061 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ-dən «APA-Economics»əverilən məlumata görə, Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin “Abşeron” Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılmış quyu 670 metrdən sutkada 4 ton neft verir. Bundan başqa, yataqda daha bir quyu da qazmadan sonra istismara verilib. “Abşeron” Qazma İşləri İdarəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılmış həmin 1059 nömrəli quyu 700 metr dərinlikdən sutkada 4 ton neft hasilatı ilə işləyir.

Qeyd edək ki, quyular “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR