Bank Of Baku

Azərbaycan iyulda elektrik enerjisi istehsalını 15,3% artırıb

Azərbaycan iyulda elektrik enerjisi istehsalını 15,3% artırıb
# 09 avqust 2010 10:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayında Azərbaycanın enerji sistemində 1,5 milyard kVt/saatdan artıq elektrik enerjisi istehsal olunub ki, bu da iyun ayı ilə müqayisədə 15,3% çoxdur. Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən qurumun Mərkəzi Dispetçer İdarəsinə istinadən məlumat verilib.

Qeyd olunan həcmdən 1,1 milyard kVt/saatdan artığı istilik elektrik stansiyalarının, 0,4 milyard kVt/saata yaxını isə su elektrik stansiyalarının payına düşüb.

Ay ərzində Rusiya, İran, Gürcüstan və Türkiyə ilə elektrik enerjisi mübadilələri davam etdirilib.

Qeyd edək ki, 2010-cu ilin yanvar-iyul aylarında Azərbaycanın enerji sistemində ümumilikdə 11 milyard kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bunun 8,4 milyard kVt/saata yaxını İES-lərin, 2,6 milyard kVt/saata yaxını isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR