Bank Of Baku

Azərbaycanın Etilen-Polietilen Zavodunda əsas istehsalat avadanlıqlarının təmiri başa çatdırılıb

Azərbaycanın Etilen-Polietilen Zavodunda əsas istehsalat avadanlıqlarının təmiri başa çatdırılıb
# 09 avqust 2010 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda əsas istehsalat avadanlıqlarının təmiri başa çatıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Artıq zavodun aparıcı sahələrindən olan, etilen istehsalında əsas texnoloji qurğu sayılan etilen və propilen kompressorlarının təmiri başa çatdırılıb. Bu kompressorlar, həmçinin piroqaz turbokompressorları istehsal zamanı daha çox narahatlıq doğuran, tez-tez sıradan çıxaraq əlavə problemlər yaradan, xüsusi rejimdə, yüksək təzyiq altında işləyən qurğular hesab olunur.

Turbokompressorların müxtəlif təyinatlı boru xətlərində, həmçinin separatorlarda xammal və yarımfabrikat sızmaları aradan qaldırılıb. Digər texnoloji və köməkçi avadanlıqlarda da təftiş və təmir işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR