Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmirin gedişi ilə tanış olub

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Etilen-Polietilen Zavodunda aparılan əsaslı təmirin gedişi ilə tanış olub
# 09 avqust 2010 15:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda əsaslı təmir işlərinin gedişi ilə tanış olub. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R.Abdullayev əvvəlcə Bakı-Quba magistral yolununun yaxınlığındakı tez alışan mayelərin (TAM) toplandığı sahəyə baş çəkib, sahədə və dalan dəmiryolunda aparılan təmir işlərinin gedişi ilə maraqlanıb. Şirkət rəhbərinə məlumat verilib ki, müəssisələrdən TAM-ın kürəvari çənlərinə qədər uzanan müxtəlif kimyəvi məhsulların nəql olunduğu boru xətləri və estakadalar təmir edilib.

TAM sahəsində həyata keçirilən tədbirlərlə tanış olan ARDNŞ prezidenti texniki təhlükəsizliyin təmin olunması və məhsul itkisinin qarşısının alınması məqsədi ilə daha radikal tədbirlər görülməsi, proseslərin daha ciddi nəzarət altına alınmasının zərurətini vurğulayıb.

Etilen-Polietilen Zavodunda isə bildirilib ki, müəssisədəki EP-300 kompleksinin piroliz sexində təmir işlərinin həcminin böyük hissəsi piroliz sobaları ilə bağlıdır. Həmin sobalardan üçünün təmiri artıq tam başa çatdırılıb. Sexdə Almaniya və Çexiya istehsalı olan istilikdəyişdiricilərin təmizlənməsi və təmirinin daha keyfiyyətlə yerinə yetirilməsi üçün Türkiyədə «SOCAR-Turcas» birgə müəssisəsinin idarəçiliyində olan «Petkim» neft-kimya şirkəti ilə ilkin razılıq əldə edilib. Yaxın vaxtlarda işlərin icrasına başlanılacaq. R.Abdullayev bu təşəbbüsü dəstəkləyərək, gələcəkdə «Azərikimya» və «Petkim» arasında daha sıx əməkdaşlıq münasibətləri yaradılmasının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR