Bank Of Baku

Azərbaycanın «Şimal» elektrik stansiyasında ikinci 400 MVt-lıq buxar-qaz enerji qurğusunun tikintisi üzrə beynəlxalq tender keçirilir

Azərbaycanın «Şimal» elektrik stansiyasında ikinci 400 MVt-lıq buxar-qaz enerji qurğusunun tikintisi üzrə beynəlxalq tender keçirilir
# 10 avqust 2010 09:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC «Şimal» DRES-də 400 MVt gücündə ikinci buxar-qaz enerji qurğusunun tikintisi» layihəsi üzrə beynəlxalq tender elan edib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin Tender Komissiyasından məlumat verilib.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə 2005-ci ildə imzalanmış kredit sazişi əsasında maliyyələşdiriləcək layihə üzrə tender Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) satınalma qaydalarına uyğun olaraq bir mərhələli iki zərfli üsulla keçiriləcək.

Tenderdə iştirak haqqı 1000 ABŞ dollarıdır. İddiaçılar iştirak haqqını ödəməklə «Azərenerji» ASC-dən (Akademik Ə.Əlizadə küç.,10; tel: (994 12) 493 1089; e-mail: [email protected]) əldə edə bilərlər. Tender təklifinin təminatı 500 mln. yapon yeni və ya buna ekvivalent olan sərbəst dönərli valyuta məbləğində olmalıdır.

Tenderdə iştirakla bağlı təkliflər oktyabrın 11-dək təqdim olunmalıdır. Texniki təkliflər oktyabrın 11-də açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR