Bank Of Baku

«BP-Azerbaijan»: Bu ilin I yarısında Bakı-Ceyhan boru kəməri ilə 18 mln. ton neft ixrac olunub

«BP-Azerbaijan»: Bu ilin I yarısında Bakı-Ceyhan boru kəməri ilə 18 mln. ton neft ixrac olunub
# 10 avqust 2010 09:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin birinci yarısında Azərbaycandan Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsi ilə təqribən 18 mln. ton və ya 136 mln. barel neft ixrac olunub. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Cari ilin iyul ayının 21-də BTC 1 057 mln. barel xam neft nəql etməklə özünün indiyədək ən yüksək gündəlik ötürmə gücünə nail olub.

Ümumilikdə, 2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il ikinci rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 125,6 mln. ton (təxminən 938 mln. barel) xam neft Ceyhanda 1195 tankerə yüklənilərək dünya bazarlarına göndərilib.

Cari ilin birinci yarısı ərzində BTC üzrə əsaslı xərclərə 13,4 mln. ABŞ dolları xərclənib. Cari il üçün BTC əsaslı xərclərinin 69 mln. dollar olacağı planlaşdırılır.

Hazırda BTC ilə Azərbaycandan «Azəri-Çıraq-Günəşli» blokundan hasil edilən neft və «Şahdəniz» yatağından hasil edilən kondensat daşınır. İyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin Qazaxıstandakı «Tengiz» yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var.

Qeyd edək ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

Xatırladaq ki, «BTC Co.» şirkətinin səhmdarları qismində BP (30,1%), AzBTC (25%), «Chevron» (8,90%), «Statoil» (8,71%), TPAO (6,53%), «Eni» (5%), «Total» (5%), «Itochu» (3,40%), «Inpex» (2,50%), «ConocoPhillips» (2,50%) və «Hess» (2,36%) şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR