Bank Of Baku

Yanvar-iyun aylarında «Azəri, Çıraq, Günəşli» blokundan 20,2 mln. ton neft hasil olunub

Yanvar-iyun aylarında «Azəri, Çıraq, Günəşli» blokundan 20,2 mln. ton neft hasil olunub
# 10 avqust 2010 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda – «Azəri, Çıraq, Günəşli» yataqlar blokundakı «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə 150 mln. barel və ya 20,2 mln. tondan artıq neft hasil edilib. Platformalardan gündəlik hasilat orta hesabla 827,6 min barel təşkil edib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, il ərzində 5 platformadan ümumilikdə gündə orta hesabla 854 min barel (42,1 mln. ton) neft hasilatı nəzərdə tutulur. Platformalar üzrə gündəlik hasilatın orta hesabla 90,9 min bareli «Çıraq», 184,2 min bareli «Mərkəzi Azəri», 285,7 min bareli «Qərbi Azəri», 158,1 min bareli «Şərqi Azəri» və 135,1 min bareli «Dərinsulu Günəşli» platformasının payına düşür.

Cari ilin ilk 6 ayı ərzində AÇG layihəsinə 189,7 mln. dollar əməliyyat məsrəfləri və 774 mln. dollar əsaslı məsrəflər xərclənib. Bütün il üçün isə AÇG fəaliyyətləri üzrə əməliyyat məsrəflərinin 587 mln. dollar və əsaslı məsrəflərin 1 584 mln. olacağı planlaşdırılır.

Qeyd edək ki, AÇG layihəsində BP (operator – 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (6,8%), «Devon» (5,6%), «Itochu» (3,9%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.

Xatırladaq ki, bu yaxınlarda BP şirkəti «Devon»un layihədəki iştirak payını 2 mlrd. dollara satın alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR