Bank Of Baku

Yanvar-iyun aylarında «AÇG» layihəsi üzrə ARDNŞ-ə illik proqnozun 90%-i həcmində səmt qazı verilib

Yanvar-iyun aylarında «AÇG» layihəsi üzrə ARDNŞ-ə illik proqnozun 90%-i həcmində səmt qazı verilib
# 10 avqust 2010 13:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ildə «Azəri-Çıraq-Günəşli» layihəsi (AÇG) üzrə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 1,9 mlrd. kubmetr səmt qazının verilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Şirkətdən bildirilib ki, cari ilin birinci yarısında ARDNŞ gündə təxminən 9,5 mln. kubmetr olmaqla AÇG-dən səmt qazı verilib. Ümumilikdə, I rüb ərzində 1,7 mlrd. kubmetr (illik proqnozun 89,5%-i) AÇG-dən səmt qazı təhvil verilib.

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə «Mərkəzi Azəri»dəki kompressor və suvurma platformasına (KSVP) göndərilib. Hazırda «Mərkəzi Azəri»də 5 quyudan laya qaz vurma əməliyyatları davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR