Bank Of Baku

Yanvar-iyun aylarında Azərbaycanın Səngəçal terminalından 156 mln. barel neft ixrac olunub

Yanvar-iyun aylarında Azərbaycanın Səngəçal terminalından 156 mln. barel neft ixrac olunub
# 10 avqust 2010 14:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanın Səngəçal terminalından 156,4 mln. barel neft ixrac edilib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Bu həcmdən 136 mln. barel neft Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə, 16 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK – Bakı-Supsa) və 4,7 mln. barel dəmir yolu vasitəsilə ixrac olunub.

Bundan əlavə, hesabat dövründə terminaldan gündəlik orta hesabla «Şahdəniz» yatağından hasil edilmiş 20 mln. kubmetr qaz ixracı həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR