Bank Of Baku

Azərbaycan neftinin Ceyhan limanından ixracı iyulda 7% artıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı iyulda 7% artıb
# 10 avqust 2010 14:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyul ayı ərzində Türkiyənin Ceyhan limanından 3,5 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

İyun ayı ilə müqayisədə Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 6,7% artıb.

Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 21,8 mln. ton təşkil edib. Ümumilikdə, Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən 2010-cu ilin avqust ayının 1-ə qədər Ceyhan limanından 126,4 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR