Bank Of Baku

Dünyada neft emalı artır

Dünyada neft emalı artır
# 11 avqust 2010 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyada neft emalının gündəlik həcminin 2010-cu ilin III rübündə 74,7 mln. barel təşkil edəcəyi gözlənilir. Bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 1,1 mln. barel və ya 1,5% çoxdur. «APA-Economics»in məlumatına görə, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin məruzəsində əks olunub.

Qeyd edək ki, cari ilin II rübündə dünyada gündəlik neft emalı 73,9 mln. barel təşkil edib, bu da ötən ilin eyni dövrünün analoji göstəricisindən 1,8 mln. barel və ya 2,5% artıqdır.

Göründüyü kimi, III rübdə neft emalı həcminin həmçinin rüblük müqayisədə artacağı gözlənilən.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR