Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda daha iki yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda daha iki yanacaqdoldurma məntəqəsi açıb
# 11 avqust 2010 14:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə müəssisəsi olan «SOCAR Georgia Petroleum» bu gün Tiflis və Senaki şəhərlərində «SOCAR» brendli yeni 2 yanacaqdoldurma məntəqəsini istifadəyə verib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, yeni yanacaqdoldurma məntəqələri Tiflis şəhərinin mərkəzi hissəsində, Saburtalo küçəsində və Senaki şəhərinin mərkəzində yerləşir.

Yanacaqdoldurma məntəqələrinin açılış mərasimlərində «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin digər rəsmi şəxsləri iştirak ediblər. Bu yanacaqdoldurma məntəqələrinin istismara buraxılması ilə Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 45-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR