Bank Of Baku

Azərbaycanda sənaye istehsalının artımı yanvar-iyul aylarında 3,2% olub

Azərbaycanda sənaye istehsalının artımı yanvar-iyul aylarında 3,2% olub
# 12 avqust 2010 09:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatında təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi illik müqayisədə 3,2% artaraq 2010-cu ilin yanvar-iyul aylarında 16,2 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yeddi ayda mühüm sənaye məhsullarından xam neft hasilatı 29,7 mln. ton, əmtəəlik təbii qaz hasilatı 10 mlrd. kubmetr olub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1%-ni təşkil edib, ümumi istehsalın 93,4%-i sənaye malları, 6,6%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Məhsulun 76,8%-i mədənçıxarma bölməsində, 17,9%-i emal bölməsində, 4,7%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6%-i isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR