Bank Of Baku

Avqustun 17-də borclu abonentlərin işığı kəsiləcək

Avqustun 17-də borclu abonentlərin işığı kəsiləcək
# 12 avqust 2010 12:31 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətindən bildirilib ki, elektrik enerjisi istehlakının artmasına baxmayaraq abonentlər tərəfindən ödənişlərin müntəzəm aparılmaması son iki ayda borcların yaranmasına səbəb olub. Bu da öz növbəsində şəbəkənin işində müəyyən çətinliklər yaradıb.

«Bakıelektrikşəbəkə» ASC abonentlərə xəbərdarlıq edir ki, ödəniş müddəti keçən, həmçinin «Bakıelektrikşəbəkə»nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 17-si saat 12:00-dan etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin səhmdar cəmiyyətinin internet saytı (www.bes.az) vasitəsilə «onlayn» olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR