Bank Of Baku

Azərbaycan prezidenti «Qusar-1» SES-in təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti «Qusar-1» SES-in təməlqoyma mərasimində iştirak edib
# 12 avqust 2010 16:44 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak edən «Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyev qeyd edib ki, dövlət başçısının 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə kiçik su elektrik stansiyalarının (SES) respublikada geniş tətbiqi üçün xüsusi proqramların hazırlanması «Azərenerji»yə tapşırılıb. Kiçik SES-lərin tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir. Layihənin əsas komponentləri haqqında dövlət başçısına ətraflı məlumat verilib və bildirilib ki,. Buraya xüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 mm olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.
Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. İnşaat işləri yerli «Azenco» şirkəti tərəfindən həyata keçiriləcək.

Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən SES-də ildə 7 mln. kVt/saat elektrik enerjisi istehsal olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR