Bank Of Baku

Azərbaycanın neft-qaz sektorunda müasir simsiz texnologiyalar tətbiq olunacaq

Azərbaycanın neft-qaz sektorunda müasir simsiz texnologiyalar tətbiq olunacaq
# 13 avqust 2010 08:34 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbacyanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın «Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Bob Şarp, MDB üzrə vitse-prezidenti Yohan Vanderplaetsen və digər nümayəndələrini qəbul edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Neft Şirkəti və «BP-Azerbaijan» şirkəti ilə əməkdaşlıq edən «Emerson»un neft-qaz sənayesində müasir texnoloji avadanlıqlar istehsalı ilə məşğul olması ilə bağlı məlumat verilib. Eyni zamanda, şirkət rəhbərləri nazirlə görüşdə «Emerson» şirkətinin gördüyü işlərdən danışıb, o cümlədən region ölkələrində həyata keçirilən layihələr, istehsal etdiyi avadanlıqlar barədə ümumi məlumat veriblər. Neft-qaz sektorunda, dənizçilik, su, kanalizasiya və digər sahələrdə istehsal proseslərinin simsiz texnologiyalar vasitəsilə idarə edilməsi barədə danışan qonaqlar hazırda ARDNŞ və BP şirkətlərində həmin texnologiyaların geniş tətbiq edilməsi məsələsini vurğulayaraq bu avadanlıqlar üçün zəruri tezliklərin alınmasının əsas məqsəd olduğunu qeyd ediblər.

RİTN-in hər zaman Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və tezliklərin radiotezliklər üzrə komissiya tərəfindən ayrıldığını qeyd edən nazir Ə.Abbasov, Nazirliyin neft şirkətlərinin istehsal proseslərində yeni texnologiyaların tətbiqini dəstəklədiyini bildirib. «Emerson»un təklifinin maraqlı olduğunu qeyd edən nazir bu təklifin ARDNŞ, BP və digər neft şirkətləri ilə müzakirə olunduqdan və avadanlıqların tətbiqinə müsbət qərar verildikdən sonra Nazirlik tərəfindən dəstəklənəcəyini və qanunvericiliyə uyğun köməklik göstəriləcəyini bildirib.

Görüşdə həmçinin «Emerson Process Management» şirkətinin Azərbaycanda nümayəndəliyinin açıldığı və bir sıra mühüm işlərin bu nümayəndəlik vasitəsilə həyata keçiriləcəyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR