Bank Of Baku

Azərbaycanda sənaye istehsalı son bir ildə 3,2% artıb

Azərbaycanda sənaye istehsalı son bir ildə 3,2% artıb
# 13 avqust 2010 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın sənaye sahəsində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çox və ya 16,2 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 76,8%-i mədənçıxarma bölməsində, 17,9%-i emal bölməsində, 4,7%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1,8%, emal bölməsində 9,8%, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 4,6%, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 2,4% artıb.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 1,8% artaraq 29,7 mln. ton, əmtəəlik qaz hasilatı isə 0,7% azalaraq 10 mlrd. kubmetr təşkil edib. Ümumiyyətlə, bu il üçün Azərbaycanda 52 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.

Emal sektorunda qida məhsulları istehsalı 2%, içki istehsalı 6,2%, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması 26,6%, neft məhsulları istehsalı 10,2%, kimya sənayesi məhsulları istehsalı 37,6%, rezin və plastik məmulatlar istehsalı 17,1%, metallurgiya sənayesi məhsulları istehsalı 27,4%, elektrik avadanlıqları istehsalı 55,2%, maşın və avadanlıqların istehsalı 97,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 59,9 dəfə artıb.

Bu ilin ilk 7 ayında ölkədə 10,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.

Sənayenin neft sektorunda məhsul istehsalı 2,3%, qeyri-neft sektorunda 9,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR