Bank Of Baku

«Devon Energy»nin Azərbaycandakı neft strukturunun işlənməsi layihəsində iştirak payının BP-yə satılması başa çatıb

«Devon Energy»nin Azərbaycandakı neft strukturunun işlənməsi layihəsində iştirak payının BP-yə satılması başa çatıb
# 17 avqust 2010 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsində «Devon Energy» şirkətinə məxsus iştirak payının alınmasını başa çatdırıb.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda bu əlavə iştirak payının alınması BP üçün mühüm bir strateji ərazi olan Xəzər regionu ilə bağlı şirkətin uzunmüddətli öhdəliyinin bir hissəsidir.

ACG-nin işlənməsində «Devon Energy» şirkətinin 5,63%-lik iştirak payı BP (3,29%) və bu sövdələşmə ilə əlaqədar özlərinin üstünlük imtiyazı hüququndan istifadə etmiş tərəfdaşlar - «Chevron» (0,99%), «Inpex» (0,96%) və «Itochu» (0,38%) arasında bölünəcək.

Nəticədə, BP-nin AÇG layihəsində iştirak payı 37,43%-ə, «Chevro»nun, «Inpex»in və «Itochu»nun payları isə müvafiq olaraq 11,27%, 10,96% və 4,30%-ə çatacaq. AÇG-də iştirak edən digər şirkətlərin payları aşağıdakı kimi olacaq: Azərbaycan Dövlət Neft Şirkəti – 10%, «Statoil» - 8,56%, «Exxon» - 8,00%, TPAO - 6,75%, «Hess» - 2,72%.

Qeyd edək ki, iştirak payının satın alınmasına dair BP və «Devon Energy» şirkətləri arasındakı saziş 2010-cu ilin mart ayının 11-də imzlanıb. Bu sövdələşmədə BP «Devon Energy» şirkətinin Braziliyada, Azərbaycanda və ABŞ-ın Meksika körfəzinin dərinsulu hissəsindəki neft yataqlarındakı aktivlərini 7 mlrd. dollara alıb. Azərbaycanla bağlı hissə sövdələşmənin indiyədək başa çatdırılmış üçüncü elementidir. Bundan əvvəl isə sövdələşmənin Meksika körfəzindəki aktivlərin alınması və BP-nin Kanadadakı «Kirbi» neft laylarındakı iştirak payının 50%-ni «Devon Energy»yə satması komponentləri başa çatdırılıb. Braziliyadakı aktivlərin alınması hələ yekunlaşdırılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR