IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks iyul ayında istehsal edilmiş məhsulun dəyəri (2,077 mlrd. manat) iyunda istehsal olunmuş məhsulun dəyərinə (2,018 mlrd. manat) bölünməklə hesablanıb.
Göründüyü kimi, IPI indeksi 2010-cu il ərzində böyük dəyişkənlik nümayiş etdirib ki, bu da sənaye istehsalında aylıq müqayisədə canlanma və zəifləmənin bir-birini əvəz etdiyini göstərir. Beləliklə, il ərzində ən yüksək aylıq artım tempi martda, ən yüksək azalma tempi isə iyunda müşahidə olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-iyul aylarında Azərbaycanda sənaye istehsalının ümumi həcmi 16 231,5 mln. manat təşkil edib.