Bank Of Baku

Bu il Bakı-Novorossiysk kəməri ilə neft ixracının azalacağı gözlənilir

Bu il Bakı-Novorossiysk kəməri ilə neft ixracının azalacağı gözlənilir
# 18 avqust 2010 13:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Onun sözlərinə görə, cari ilin yanvar-iyun ayları ərzində sözügedən martşur üzrə neft ixracının həcmi 1 488,8 min ton təşkil edib: «Bu ilin sonunadək bu rəqəmin 2 mln. tona çatacağı gözlənilir».

Qeyd edək ki, 2009-cu il ərzində Bakı-Novorossiysk neft kəməri ilə təxminən 19% çox və ya 2 479,971 min ton neft ixrac olunub.

Xatırladaq ki, Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından (Qara dəniz) «Urals» xam neft markası adı altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR