Bank Of Baku

Rusiya Latviyaya satdığı qazın qiymətini aşağı salır

Rusiya Latviyaya satdığı qazın qiymətini aşağı salır
# 18 avqust 2010 13:53 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Qazprom” konserni Latviyaya satdığı təbii qazın qiymətini aşağı salmağa razılaşıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Latviyanın qaz inhisarçısı “Latvijas Gaze”nin rəhbəri Adrian Davis açıqlama verib.

Yeni qiymət barədə açıqlama verməyən A.Davis tərəflərin məsələ ilə bağlı danışıqları davam etdirdiyini bildirib. O, iki həftə sonra Moskvaya səfər edəcəyini, “Qazprom” və “Latvijas Gaze” yeni müqavilənin isə cari ilin noyabr ayının sonunda imzalanacağını söyləyib. Qaz nəqlinə görə yeni hesablama metodunun 3 il ərzində qüvvədə olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR