Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artıb
# 19 avqust 2010 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 28,6 mln. ton və ya ötən ilin analoji dövründəkindən 2,1% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,4%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 21,8 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 1,4% azalıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 10,4 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5% çox qaz nəql edilib. Nəql edilmiş qazın 30,2%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə ötən ilin analoji dövründəki kimi 3,2 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR