Bank Of Baku

Azərbaycan istehlakçılara göndərilən neft məhsullarının həcmini 5% artırıb

Azərbaycan istehlakçılara göndərilən neft məhsullarının həcmini 5% artırıb
# 19 avqust 2010 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan istehlakçılara (ixrac da daxil olmaqla) 3,6 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çox neft məhsulları göndərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunun 57,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 42,5%-i isə ixrac olunub. Neft məhsullarının 39,2%-ni dizel yanacağı, 18,7%-ni avtomobil benzini, 9,5%-ni aviasiya üçün və sair ağ neft, 4%-ni mazut yanacağı, 3,8%-ni mayeləşdirilmiş qazlar, 3,4%-ni neft bitumu, 1,2%-ni sürtkü yağları, 20,2%-ni isə digər məhsullar təşkil edib.

Hesabat dövründə ölkə istehlakçılarına 2,1 mln. ton və ya ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0,2% çox neft məhsulları göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılara aviasiya üçün və sair ağ neft 35,9%, dizel yanacağı 15%, avtomobil benzini 6,7% çox, neft bitumu, mazut yanacağı, sürtgü yağları, mayeləşdirilmiş qazlar və digər neft məhsulları isə az göndərilib.

Qeyd edək ki, aviasiya üçün ağ neftin 96,3%-i «Azərbaycan Hava Yolları» QSC-yə və 3,7%-i digər təşkilatlara, sürtgü yağlarının 63,9%-i, dizel yanacağının 47,6%-i, avtomobil benzininin 18,4%-i, mazut yanacağının 6,7%-i Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyat İdarəsinə, avtomobil benzininin 47,5%-i, dizel yanacağının 24,5%-i «Azpetrol» MMC-yə, avtomobil benzininin 15,3%-i, dizel yanacağının 11,2%-i «LUKoil» ASC-yə, avtomobil benzininin 18,8%-i, dizel yanacağının 14%-i «SOCAR Petroleum» QSC-yə, sürtgü yağlarının 3,3%-i, dizel yanacağının 2,6%-i Dövlət Xəzər Dəniz Gəmiçiliyinə, sürtgü yağlarının 5,5%-i, mazut yanacağının 3,6%-i Naxçıvan Neft və Qaz MTM-ə, dizel yanacağının 0,1%-i, sürtgü yağlarının 27,3%-i, mazut yanacağının 89,7%-i isə digər təşkilatlara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR