Bank Of Baku

ARDNŞ prezidenti: “Gürcüstanın bütün enerji layihələrində iştirak etməkdə maraqlıyıq”

ARDNŞ prezidenti: “Gürcüstanın bütün enerji layihələrində iştirak etməkdə maraqlıyıq”
# 19 avqust 2010 14:48 (UTC +04:00)
Astara. Ağəddin Babayev - APA-Economics. “Gürcüstanda olan bütün kəmərlərin işlədilməsi, idarə olunmasında Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) marağı var”. APA-nın cənub bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında avqustun 19-da Astara Qaz Kompressor Stansiyasında olan ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Rusiyadan Ermənistana gedən qaz xəttinin Gürcüstan ərazisindən keçən hissəsini ARDNŞ-nin almaq istəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən R.Abdullayev qonşu ölkədəki enerji layihələrində, o cümlədən kəmərlərin işlədilməsi, idarə olunmasında rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib: “Bizim Gürcüstanda olan hər bir layihəyə, bütün enerji layihələrinə marağımız var. Hazırda biz də bu məsələlərə baxırıq. Gürcüstandakı bütün kəmərlərin, o cümlədən sözügedən qaz xəttinin də işlədilməsində və idarə olunmasında maraqlıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR