Bank Of Baku

Azərbaycan qazının Avropa bazarında tanıdılması üçün xüsusi ekspedisiya təşkil olunub

Azərbaycan qazının Avropa bazarında tanıdılması üçün xüsusi ekspedisiya təşkil olunub
# 20 avqust 2010 10:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası»na start verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov içərisində qaz olan kanistri Amerikanın Montana Dövlət Universitetinin professoru Tomas Qoltza təqdim edib və bununla da «Şahdəniz-2» layihəsindən böyük miqdarda qazın Avropa İttifaqına çatdırılması istiqamətində Azərbaycanın maraqlarının irəli çəkilməsi üçün jurnalist T.Qoltzun ideyası olan «Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası»na start verilib.

Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda irəliləmək üçün bir araya gəlmiş ABŞ, Azərbaycan və Türkiyənin tələbələr qrupu kanistr dolu qazı İstanbula aparacaq. Səfər zamanı professor T.Qoltzu müşayiət edən tələbələr onun dərslərində iştirak etmiş region tələbələri olmaqla Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının simvoludurlar. Ekspedisiya üç həftə çəkəcək. Kanistr 2016-cı ilin IV rübündə Azərbaycanın Avropa İttifaqına əsas qaz ixracatına başlamasının simvolu kimi təntənəli şəkildə ARDNŞ-nin ofisinə təqdim ediləcək.

Xatırladaq ki, T.Qoltz 10 il əvvəl Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsinin inkişaf etdirilməsi üçün Bakıdan Ceyhana ilk neft barelini də aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR