Bank Of Baku

Rusiya və Ermənistan arasında atom enerji blokunun inşası haqqında hökumətlərarası saziş imzalanıb

Rusiya və Ermənistan arasında atom enerji blokunun inşası haqqında hökumətlərarası saziş imzalanıb
# 20 avqust 2010 10:52 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, atom enerji bloku Ermənistan ərazisində tikiləcək.

Qeyd edək ki, Ermənistan 1000 MVt gücündə yeni AES bloku tikməyi planlaşdırır. Ermənistan Energetika Nazirliyinin məlumatına görə, layihə 5 mlrd. dollara başa gələ bilər. Layihənin reallaşmasına xarici kapitalı cəlb etmək üçün Ermənistan parlamenti 2006-cı ildə yeni atom enerji blokları üzərində dövlətin inhisarını ləğv edib.

AES-in tikintisinə 2011-ci ildə başlanması planlaşdırılır. “Rosatom”un rəhbəri Sergey Kiriyenko hökumətlərarası sazişin imzalanması ərəfəsində bildirib ki, Rusiya AES-in tikintisinin 20%-dən çoxunu maliyyələşdirməyi planlaşdırır. Artıq bununla bağlı birgə komissiya da yaradılıb. Komissiya AES-in dəyərinin 40%-ni təmin etməlidir, qalan 60% isə investorların hesabına təmin ediləcək. İnvestorların cəlb olunması üzrə danışıqları isə Ermənistan hökuməti aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR