Bank Of Baku

Etilen-Polietilen Zavodunda əməyin mühafizəsi sahəsində nəzərdə tutulmuş tədbirlərin 75%-i yerinə yetirilib

Etilen-Polietilen Zavodunda əməyin mühafizəsi sahəsində nəzərdə tutulmuş tədbirlərin 75%-i yerinə yetirilib
# 21 avqust 2010 09:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda başa çatmaqda olan əsaslı təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı istehsalatın müxtəlif sahələrində nəzərdə tutulmuş tədbirlərin 75%-i yerinə yetirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, təmir işləri aparılan hündür qurğularda əməyin mühafizəsi baxımından xüsusilə çətin və mürəkkəb işlər, eləcə də 125 metr hündürlüyə malik məşəl qurğusunun xidmət meydançalarında və pilləkən konstruksiyalarında təmir işləri başa çatdırılıb. Digər bir hündür qurğuda - E-5 sexinin 70 metr yüksəkliyə malik kalonunun baş hissəsində isə izolyasiya işlərinin təhlükəsiz aparılması tam təmin edilib.

Eyni zamanda, uzun müddət istifadə olunmayan, həmçinin ayrı-ayrı sahələrdə aşınmaya məruz qalmış, əməyin mühafizəsi, sağlamlığın qorunması baxımından təhlükə mənbəyinə çevrilən müxtəlif boru kəmərləri, yararsız avadanlıqlar sökülərək ərazidən çıxarılıb.

Müəssisənin yüksək temperatur və 1000 atmosferdən yuxarı təzyiq altında işləyən avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə 250-dən artıq qoruyucu klapan təftiş edilib, avadanlıqlar texniki müayinədən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR