Bank Of Baku

Bakıda regional enerji forumu keçiriləcək

Bakıda regional enerji forumu keçiriləcək
# 21 avqust 2010 12:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin əsas təşkilatçıları rolunda Avropa Menecmenti Akademiyası (Almaniya) və «EVRA International, Inc.» şirkəti (ABŞ) çıxış edir. Bu yaxınlarda artıq Avropa Komissiyası da forum təşkilatçılarına tədbiri dəstəklədiyi haqqında rəsmi məktub göndərib.

«Avropa Komissiyası Azərbaycanda təşkil olunacaq Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz Forumunun keçirilməsini dəstəkləyir. Forum bu region üçün olduqca aktual və əhəmiyyətlidir», - deyə Avropa Komissiyasının məktubunda bildirilir.

Avropa Komissiyasının ekspertləri hesab edirlər ki, son vaxtlar mühitdə müşahidə olunan dəyişikliklər dövlət qurumları, biznes strukturları və elmi təşkilatlar arasında əməkdaşlığın dərinləşməsini və vahid əməkdaşlıq strategiyasının işlənməsini olduqca vacib bir məsələyə çevirib. Hər bir qurum və təşkilatın problemin həlli ilə bağlı öz yanaşması və təklifləri mövcuddur. Bu baxımdan, Bakıda keçiriləcək regional forum müxtəlif sahələrdə çalışan insanları bir araya gətirərək birgə tədbirlərin və qərarların qəbul edilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, APA İnformasiya Agentliyi forumun media sponsoru seçilib.

Forumda iştirak etmək istəyənlər +49 40 53026115 nömrəli telefon, +49 40 53026123 nömrəli faksla və ya [email protected] e-mail ünvanı ilə əsas təşkilatçılarla əlaqə saxlaya bilər. Bununla yanaşı, APA İnformasiya Agentliyi ilə əlaqə saxlayaraq forumda iştirakın şərtləri haqqında ətraflı məlumat almaq mümkündür.

Tədbirin sponsoru qismində Azərbaycanın «Paşa Bank»ı çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR