Bank Of Baku

«Nabucco Gas Pipeline International»: Azərbaycan, Türkmənistan və İraq kəmərin əsas təchizat mənbələri olacaq

«Nabucco Gas Pipeline International»: Azərbaycan, Türkmənistan və İraq kəmərin əsas təchizat mənbələri olacaq
# 23 avqust 2010 14:07 (UTC +04:00)
«APA-Economics»in konsorsiumun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, sözügedən iclasda iki birləşdirici xətt təsdiq olunub və laiyhə inşaat işlərinə başlanılıb. Lakin hazırkı siyasi vəziyyət «Nabucco»nu Turkiyə-İran sərhəddinə 3-cü xətti çəkməyi planlaşdırmasına imkan vermir.

«Türkiyə-Gürcüstan və Türkiyə-İraq sərhədinə birləşdirici xətt çakiləcək. Bu da həmin marşrutları Azərbaycan, Türkmənistan və İraqda təchizat mənbələri ilə təmin edəcək. Ümumiyətlə, Xəzər regionu və Orta Şərq dünyanın ən zəngin qaz regionlarından sayılır və Avropaya qaz ixracı uçun geniş potensialı var. Bu regionlar təchizatın təhlükəsizliyi və diversifikasiyasında həlledici rol oynayır. Qaz kəmərinin inşası layihəsinin dəyəri 7,9 mlrd. avro həcmində nəzərdə tutulub», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, «Nabucco» Mərkəzi Asiya və Xəzəryani regionundan təbii qazı Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıtsan, Rumıniya və Avstriya ərazisi ilə Avropaya çatdıracaq. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır. «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR