Bank Of Baku

Dünyada ən nəhəng neft-qazma gəmisi Çində olacaq

Dünyada ən nəhəng neft-qazma gəmisi Çində olacaq
# 23 avqust 2010 14:28 (UTC +04:00)
Bakı - APA-Economics. Çin dünyada ən nəhəng neft-qazma gəmisinin inşasına başlayıb.

APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, “Dalian Pioneer” adlı gəminin uzunluğu 290 m, eni 50 m olacaq. Tikinti 500 mln. dollara başa gələcək.

“Dalian Pioneer” vasitəsilə 1 mln. barel xam nefti eyni vaxtda nəql etmək, 3 km-dən artıq dərinlikdə qazma işləri həyata keçirmək mümkün olacaq. Gəminin inşasını 2012-ci ildə bitirmək planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR