Bank Of Baku

Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi son bir ildə 48% artıb

Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi son bir ildə 48% artıb
# 24 avqust 2010 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi əvvəlki aya nisbətən 1,9% azalıb, yanvar-iyul aylarında isə 2009-ci ilin müvafiq dövrünə nisbətən 48,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin iyul ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 98,2% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 1,9% azalıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 6% artıb.

İyul ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 97,9% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,5%, oduncaqların emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5%, emal sənayesinin digər sahələri üzrə 0,9%, elektrik avadanlığı, optik və elektron avadanlıqlarının istehsalı üzrə 0,3%, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 0,2% bahalaşıb, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə 6,3%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 3,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə isə 3,3%, neft məhsullarının istehsalı üzrə 2,9%, sellüloz-kağız istehsalı, nəşriyyat işi üzrə 0,5%, maşın və avadanlıqların istehsalı üzrə 0,4%, digər qeyri-metal mineral maddələrin istehsalı üzrə isə 0,2% ucuzlaşıb.

Qeyd edək ki, ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsi üzrə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR