Bank Of Baku

Bakıda «ARDNŞ-da səmt qazının azaldılması planı» sənədi müzakirə olunacaq

Bakıda «ARDNŞ-da səmt qazının azaldılması planı» sənədi müzakirə olunacaq
# 24 avqust 2010 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Ekoloji Monitorinq Departamentinin inzibati binasında Dünya Bankının (DB) Bakı nümayəndəliyinin iştirakı ilə «ARDNŞ-da səmt qazının azaldılması planı» sənədi müzakirə ediləcək.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin avqustunda ARDNŞ ilə DB-nın «Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq» (GGFR) təşkilatı arasında anlaşma sazişi imzalanıb. Sazişə əsasən, Ekologiya İdarəsi tərəfindən GGFR təşkilatının texniki dəstəyi ilə «ARDNŞ-də səmt qazının azaldılması planı» sənədinin ilkin versiyası hazırlanıb və həmən sənəd avqustun 30-da müzakirə olunacaq.

Qeyd edək ki, görüşdə həmçinin, ARDNŞ, Ekologiya İdarəsi, «Azneft» İB, əməliyyat şirkətləri və birgə müəssisələrin rəhbərlərinin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR