Bank Of Baku

Hindistan sənayeçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Hindistan sənayeçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
# 25 avqust 2010 07:29 (UTC +04:00)
Nyu-Dehli. Laçın Sultanova - APA. Hindistan sənayeçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

APA-nın Hindistana ezam olunmuş əməkdaşının məlumatına görə, Nyu-Dehlidə səfərdə olan MDB-dən olan bir qrup jurnalist bu ölkənin Sənayeçilər Konfederasiyasında (CII) görüş keçiriblər.

Qeyd edək ki, CII 1985-ci ildə yaradılıb, 10 mindən artıq üzvü var, ölkə daxilində 65, xaricdə 10 ofisi fəaliyyət göstərir. Təşkilatın dünya üzrə 250 partnyoru var.

Görüşdə bildirilib ki, Hindistanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla ticarət əlaqələri çox aşağı səviyyədə olmaqla real imkanları qətiyyən əks etdirmir. Nümunə olaraq bildirilib ki, Hindistanın İran, Pakistan və Türkiyə ilə ticarət dövriyyəsi yaxın illərdə 600 mlrd. dollara çatacaq: “Sənaye sahəsindən əlavə, neft və qaz sahəsində də əməkdaşlıq etmək imkanlarımız var”.

Əməkdaşlığa maneə kimi birbaşa avtomobil və dəmir yollarının olmaması, viza rejimi və pul köçürmələri ilə bağlı problemlər göstərilib. Həmçinin bildirilib ki, Hindistanın «Sinkx» bankı MDB məkanında filial açmağı düşünür.

Azərbaycanla əməkdaşlığı genişləndirmək məqsədilə CII nümayəndə heyəti bu ilin sonuna kimi Azərbaycan Ticarət-Sənaye Palatasının dəvəti ilə Bakıda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR