Bank Of Baku

Türkiyənin enerji və təbii qaynaqlar naziri: “İranın “Nabucco” layihəsindən kənarda saxlanılması haqda fikirlər çox erkən çıxarılmış nəticədir”

Türkiyənin enerji və təbii qaynaqlar naziri: “İranın “Nabucco” layihəsindən kənarda saxlanılması haqda fikirlər çox erkən çıxarılmış nəticədir”
# 26 avqust 2010 07:55 (UTC +04:00)
APA-Economics”in Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib.

Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Türkmənistan, İraq və İranı “Nabucco” qaz kəmərinin əsas təchizatçıları kimi qəbul edir: “Qaz tədarükü ilə bağlı çalışmalarımız üç təməl nöqtədən giriş üzərində qurulub. Bunlardan biri Gürcüstan sərhədi dediyimiz Azərbaycan qaz girişi, ikincisi İran girişi, üçüncüsü isə İraq girişidir”.

T.Yıldız bildirib ki, hazırda İraq və Azərbaycan girişi ilə əlaqədar bağlantı nöqtələrinə daha çox diqqət yetirirlər: “Görünür, İranın “Nabucco” layihəsindən kənarda saxlanılması haqda fikirlər də buradan qaynaqlanıb”.

Nazir ötən həftə Türkiyə prezidenti Abdullah Gülün Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə “Nabucco” layihəsinə dair müzakirələr apardıqlarını diqqətə çatdırıb: “Ümid edirəm ki, “Nabucco” kəməri üçün əsas qaz mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı çalışmalarımız ilin sonuna qədər yekunlaşacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR