Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti neft emalı zavodlarında olub

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti neft emalı zavodlarında olub
# 26 avqust 2010 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Şirkətin neft emalı zavodlarında olub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda olan ARDNŞ prezidenti zavodun 43 saylı koks istehsalı qurğusunda yeni tətbiq olunmuş TDS 3000 avtomatik idarəetmə sistemi ilə tanış olub, sex rəhbərliyi və mütəxəssislərlə görüşüb, sexdə idarəetmənin kompüterləşdirilməsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirib. Katalitik krekinq qurğusunda olan Şirkət prezidenti qurğuda işləyən sex rəhbərliyi, mütəxəssis və işçiləri narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparıb. Daha sonra, 1976-cı ildə istismara buraxılmış ELOU-AVT-6 neftin ilkin emalı qurğusuna gələn R.Abdullayev burada görüləcək işlər barədə zavod rəhbərliyinə müvafiq göstərişlər verib.

Sonra zavodda ARDNŞ rəhbərliyinin iştirakı ilə müşavirə keçirilib. R.Abdullayev görülən işləri qənaətbəxş qiymətləndirib, zavodda həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Daha sonra «Azərneftyağ» Neft Emalı Zavoduna gələn R.Abdullayev zavodda görülən ekoloji işlərlə tanış olub, təmizləmə qurğularının işi ilə maraqlanıb. Burada 501 saylı motor və sənaye yağlarının hidrogenlərdən təmizlənməsi qurğusuna baxış keçirilib. ARDNŞ prezidenti qurğuda idarəetmənin kompüterləşdirilməsi istiqamətində aparılan yenidənqurma işlərini müsbət dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR