Bank Of Baku

Azərbaycanda neft məhsullarının istehsalı son bir ildə 10% artıb

Azərbaycanda neft məhsullarının istehsalı son bir ildə 10% artıb
# 26 avqust 2010 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalında 10,2% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 2,8% artaraq 708,7 min ton, sürtgü yağlarının istehsalı 2,4 dəfə artaraq 39,1 min ton olub, bununla yanaşı, neft məhsullarının emalı üzrə 141,2 mln. manatlıq xidmət göstərilib. Yeddi ay ərzində 352,2 min ton ağ neft, 1 454,4 min ton dizel yanacağı, 122,5 min ton neft bitumu istehsal edilib. Neft emalı müəssisələrinin anbarlarında 46,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 21,1%-i qədər hazır məhsul olub.

Cari il avqustun 1-i vəziyyətinə əsas istehlakçılarda 345,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1% çox mazut yanacağı, 17,8 min ton və ya 29,9% çox avtomobil benzini, 14,5 min ton və ya 4,6% az dizel yanacağı, 5,7 min ton və ya 5% az neft bitumu, 1,6 min ton və ya 5,9% az sürtgü yağları, 7,3 min ton və ya 40,4% çox daş kömür ehtiyatı olub.

Qeyd edək ki, yanvar-iyul aylarında Azərbaycan istehlakçılara (ixrac da daxil olmaqla) 3,6 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çox neft məhsulları göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR