Bank Of Baku

Albaniya da «Cənub axını» layihəsinə qoşula bilər

Albaniya da «Cənub axını» layihəsinə qoşula bilər
# 26 avqust 2010 13:51 (UTC +04:00)
«APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, bunu Albaniyanın baş naziri Sali Beriş bildirib.

S.Berişin sözlərinə görə, qonşu ölkələr planlaşdırılan boru kəmərinin Albaniyanın Vlor limanınadək qolunun tikintisinə razılıq verib.

İtaliyanın «ENI» şirkəti ilə birgə Rusiya «Qazprom»u tərəfindən realllaşdırılan «Cənub axını» layihəsi çərçivəsində inşa olunacaq boru kəmərinin illik nəqletmə gücü 47-63 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Boru kəmərinin Qara dənizin dibi ilə Bolqarıstanadək çəkilməsi, buradan isə iki istiqamətdə bölünməsi – Yunanıstan-İtaliyaya və Serbiya-Macarıstan-Avstriyaya marşrutları üzrə çəkilməsi planlaşdırılır.

Rusiya tərəfi layihənin reallaşdırılması üçün zəruri olan sazişləri artıq Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya və Avstriya ilə imzalayıb. Cari ilin noyabr ayına qədər Türkiyənin də boru kəmərinin öz ərazisindəki hissəsinin tikintisinə razılıq verəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR