Bank Of Baku

«Azərikimya» Etilen Polietilen Zavodunun susərinləşdirici kompleksində əsaslı təmiri avqustda yekunlaşdıracaq

«Azərikimya» Etilen Polietilen Zavodunun susərinləşdirici kompleksində əsaslı təmiri avqustda yekunlaşdıracaq
# 27 avqust 2010 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azərikimya» İstehsalat Birliyi (İB) Etilen Polietilen Zavodunun susərinləşdirici kompleksində apardığı əsaslı təmir işlərini avqustun sonunadək başa çatdıracaq.

İB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq zavodda «EP-300» istehsalatının mühüm qurğularından olan susərinləşdirici kompleksin 3-cü qurğusunda əsas təmir işləri yekun mərhələyə çatıb. Qurğunun bütün mexaniki və elektrik avadanlıqları tam təftiş edilərək, təmir olunub, onun başlıq hissəsində aparılan əsaslı təmir işləri sona yetib.

Susərinləşdiriji kompleksin 3-cü qurğusu ilə yanaşı 2-ci qurğunun da başlıq hissəsinin bərpası artıq sona çatıb və hazırda qurğunun aşağı hissələrində yerləşən mexaniki və texnoloji avadanlığın təmir işləri də başa çatmaq üzrədir.

Gələcəkdə susərinləşdirici qurğularda əmələ gələn çöküntülərin onların fəaliyyətini zəiflətməməsi, faydalı iş əmsalını aşağı salmaması üçün Ceyranbatan su anbarından daxil olan suyun susərinləşdirici kompleksə birbaşa yox, təmizlənərək verilməsi üçün Üzvi Sintez Zavodunun sutəmizləyici qurğusundan 600 metr uzunluğunda boru xəttinin də çəkilişi başa çatmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR