Bank Of Baku

Əfqanıstanda neft çıxarılmasına başlanılıb

Əfqanıstanda neft çıxarılmasına başlanılıb
# 27 avqust 2010 08:20 (UTC +04:00)
Bakı - APA-Economics. Əfqanıstanda ilk dəfə olaraq neft hasilatına başlanılıb. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ölkənin Təbii Sərvətlər Nazirliyi açıqlama yayıb.

Neft hasilatının həcminin gələcəkdə 800 barelə çatdırılması planlaşdırılır. Təbii Sərvətlər Nazirliyi Sarı Pul əyalətindəki neft yatağının işlənməsi üçün tender elan etməyə də hazırlaşır. Yatağın ehtiyatı 1,8 mlrd. barel həcmində qiymətləndirilir.

Əfqanıstan hökuməti gələn il 1,6 mlrd. barel neft ehtiyatı olan digər yatağı da tenderə çıxarmaq niyyətindədir. Neftin və digər faydalı qazıntıların hasilatı Əfqanıstana Qərbdən maliyyə asılılığını azaltmaq imkanı verə bilər.

Qeyd edək ki, bu ilin iyun ayında Əfqanıstanda 3 trln. dollar həcmində qiymətləndirilən faydalı qazıntı yataqlarının aşkarlandığı həm ABŞ, həm də Əfqanıstan hökumətləri tərəfindən açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR