Bank Of Baku

Azərbaycan metallurgiya sənayesində istehsal həcmini 27% artırıb

Azərbaycan metallurgiya sənayesində istehsal həcmini 27% artırıb
# 28 avqust 2010 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yeddi ayı ərzində Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 99,3 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 27,4% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 1% azalıb.

Yanvar-iyul ayları ərzində 72 min ton və ya 2,3 dəfə çox polad tökmə, 82,3 min ton və ya 21,2% çox armatur, 693,4 ton və ya 5,4 dəfə çox məftil və kanatlar istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR