Bank Of Baku

İsrail Aralıq dənizində neft hasilatına başlamaq niyyətindədir

İsrail Aralıq dənizində neft hasilatına başlamaq niyyətindədir
# 30 avqust 2010 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aralıq dənizinin İsrail hissəsinin şelfində 4,2 mlrd. barel neft ehtiyatının olduğu ehtimal edilir. «APA-Economics»in «Associated Press»a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin «Delek Group» şirkətinin analitkləri bildirib.

Onların sözlərinə görə, Aralıq dənizinin şelfində yerləşən «Leviafan» qaz yatağı altında iki neft yatağı da mövcuddur və əgər ehtimal olunan neft həcmi təsdiq olunarsa, bu tapıntı İsrailin ən iri həcmli neft rezervuarına çevriləcək.

Ekspertlərin fikrincə, birinci yataqda 17%-lik ehtimal ilə (5,8 min metr dərinliyində) 3 mlrd. barel, digər yataqda isə 8%-lik ehtimal ilə (1,4 min metr dərinliyində) 1,2 mlrd. barel neft hasil etmək mümkün olacaq.

Sözügedən yataqlarda artıq oktyabr ayında qazıntılara başlanacaq.

Qeyd edək ki, bu ilin avqust ayının əvvəlində «Leviafan» yatağında 55%-lik ehtimal ilə 566-651 mlrd. kubmetr həcmində qaz ehtiyatları aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR