Bank Of Baku

ARDNŞ Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açıb - FOTO

ARDNŞ Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açıb - <font color=red>FOTO</font>
# 30 avqust 2010 15:02 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA-Economics. Bu gün Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində yeni yanacaqdoldurma məntəqəsi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanda istifadəyə verilən sayca 46-cı məntəqənin açılış lentini ARDNŞ prezidenti Rövnəq Abdullayev və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov kəsiblər.

Mərasimdən sonra ARDNŞ prezidenti Qızılhacılı kənd əhalisinin nümayəndələri ilə söhbət edib, onların sosial-iqtisadi durumu ilə maraqlanıb. Sonra Rövnəq Abdullayev və ARDNŞ-in rəsmiləri Marneulinin mərkəzində rekonstruksiya ediləcək “Çay Evi”nin layihəsi ilə tanış olublar. Layihənin dizayn müəllifi olan “M`Studio” şirkətinin rəhbəri Mehriban Muradova-İsmayılova layihənin rekonstruksiyası barədə ARDNŞ prezidentinə ətraflı məlumat verib. Burada yeni “McDonalds” restoranının tikilməyi də nəzərdə tutulduğu bildirilib.

Tədbirdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, “SOCAR Petrolium”un direktoru David Zubutaşvili və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR