Bank Of Baku

ARDNŞ prezidenti: Azərbaycanda yanacağın bahalaşması gündəmdə deyil

ARDNŞ prezidenti: Azərbaycanda yanacağın bahalaşması gündəmdə deyil
# 30 avqust 2010 15:08 (UTC +04:00)
Onun sözlərinə görə, ARDNŞ-nin Gürcüstana investisiya qoyuluşu davam edir: “Biz bu il yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdıracağıq. Hər dəfə yeni məntəqənin açılışı yeni iş yerlərinin fəaliyyətə başlaması deməkdir. Bu, bizim üçün çox vacibdir. Belə iş yerlərinin açılması ARDNŞ-in Gürcüstanda yaşayan soydaşlarımıza töhfəsidir. Biz əsas investisiyanı infrastrukturun genişləndirilməsi, yanacaqdoldurma məntəqələrinin sayının artırılmasına qoyuruq. 2011-ci ildə bu məntəqələrin sayını 90-na çatdırmalıyıq. Bu il biz rayonlarda qazpaylama sistemlərinin təkmilləşməsinə 40 milyon dollar yönəltmişik. Bu, gələn il də davam edəcək. Hardasa ümumi götürsək, 100 milyon dollara yaxın investisiyanı biz qazpaylayıcı şəbəkələrin inkişafına yönəltmişik. Bu il biz bu şəbəkələrin genişləndirilməsinə 45 milyon dollar investisiya qoyacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR