Bank Of Baku

Bakıda «SOCAR Yay Məktəbi»nin rəsmi açılışı keçirilib

Bakıda «SOCAR Yay Məktəbi»nin rəsmi açılışı keçirilib
# 30 avqust 2010 15:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda «SOCAR Yay Məktəbi»nin rəsmi açılışı keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, açılış mərasimində çıxış edən ARDNŞ-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov «SOCAR Yay Məktəbi»nin məqsəd və məramı haqda məlumat verərək qeyd edib ki, 2005-ci ildən etibarən şirkət Xaricdə Təhsil layihəsini həyata keçirir.

Qeyd edək ki, ARDNŞ-in maddi dəstəyi ilə tələbələr üçün təşkil olunmuş «SOCAR Yay Məktəbi»ndə 30 nəfər (21 oğlan, 9 qız) iştirak edir. İştirakçılar avqustun 29-dan sentyabrın 6-dək Şıx çimərliyində yerləşən «Ramada» hotelində qalacaqlar. Enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışı sahələrini əhatə edəcək Yay Məktəbinin iştirakçıları interaktiv formada şirkətin rəhbər işçilərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcək, şirkətin idarə və müəssisələrinə ekskursiya edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR