Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətində səmt qazının havaya atılmasının azaldılması planının müzakirəsi keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində səmt qazının havaya atılmasının azaldılması planının müzakirəsi keçirilib
# 31 avqust 2010 06:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsində Dünya Bankının «Qlobal qaz yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq» (GGFR) təşkilatının texniki dəstəyi ilə hazırlanmış «ARDNŞ-in Əməliyyat Şirkətləri və Birgə Müəssisələrdə səmt qazının azaldılması planı» sənədinin müzakirəsi keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, müzakirədə Dünya Bankının nümayəndələri, ARDNŞ-ın Ekologiya İdarəsinin, «Azneft» İstehsalat Birliyinin, Əməliyyat Şirkətləri və Birgə Müəssisələrinin rəhbər işçiləri iştirak ediblər.

Seminarda «Səmt Qazının Azaldılması Planı»nı Ekologiya İdarəsinin rəisi Azər Əliyev təqdim edib. Hazırlanmış sənəddə ARDNŞ, Əməliyyat Şirkətləri və Birgə Müəssisələr tərəfindən istismar olunan neft yataqlarında səmt qazının havaya atılması üzrə hesabatvermə və havaya atılan səmt qazının həcminin azaldılması üzrə tədbirlərin planlaşdırılması təsvir edilib. Həmçinin, səmt qazının azaldılmasının GGFR təşkilatı tərəfindən təklif edilən xüsusi yanaşmalara əsasən həyata keçirilməsi nəzərdə tutulur. Müzakirələrdə həmçinin digər ölkələrdə səmt qazının azaldılması üzrə GGFR-ın təcrübəsi haqqında təşkilatın məsləhətçisi Hüman Fernecad çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR