Bank Of Baku

Gürcüstanda «SOCAR» brendli yeni yanacaqdoldurma məntəqəsi açılıb

Gürcüstanda «SOCAR» brendli yeni yanacaqdoldurma məntəqəsi açılıb
# 31 avqust 2010 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində «SOCAR» brendi altında yeni yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, ARDNŞ-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Gürcüstan nümayəndəliyinin rəhbəri, «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov dövlət rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, yeni məntəqənin istismara buraxılması ilə Gürcüstan ərazisində «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 46-ya çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR