Bank Of Baku

Son bir ildə «Azərenerji» elektrik enerjisi istehsalını 11% artırıb

Son bir ildə «Azərenerji» elektrik enerjisi istehsalını 11% artırıb
# 31 avqust 2010 09:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərenerji» ASC tərəfindən 2010-cu ilin iyul ayında 543,7 mln. kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% çoxdur.

«Azərenerji»nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə ümumi ödəniş 87%-dən artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz bəndi çoxdur. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlak 176,8 mln. kilovat/saata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz bəndi artaraq 84%-dən çox olub.

Cari ilin iyul ayında ümumi ödəniş üzrə ən yüksək göstərici Sumqayıt ŞEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 104,5%), ən aşağı isə Sabirabad PEŞ-də (51%) qeydə alınıb. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə ödənişdə ən yüksək göstərici Qobustan PEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 114,5%), ən aşağı göstərici isə Masallı PEŞ-də (51,4%) qeydə alınıb.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə ümumilikdə 3,7 mlrd. kilovat/saatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 90%-ə yaxın olub. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 51,1 mln. kilovat/saatdan çox artıb, ödənişdə mütləq artım 6%-ə yaxın olub. O cümlədən daimi əhali istehlakçı qrupunda isə istehlak 1,4 mlrd. kilovat/saata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz bəndi artaraq 77%-ə yaxın olub.

Ümumi ödənişə görə ən yüksək göstərici Sumqayıt ŞEŞ-də, ən aşağı isə Sabirabad PEŞ-də qeydə alınıb. Belə ki, bu müəssisələrdə ümumi ödəniş müvafiq olaraq 142,3 (ötən ayların debitor borcu nəzərə alınmaqla) və 49,2% olub. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici Şirvan ŞEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 109,2%), ən aşağı isə Sabirabad PEŞ-də (40,2%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR