Bank Of Baku

Bərdənin 21 kəndi işıqsız qalıb

Bərdənin 21 kəndi işıqsız qalıb
# 31 avqust 2010 14:27 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin 21 kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, problemin yaranmasına Bərdə şəhərinə daxil olan yüksək gərginlikli elektrik xəttində qəzanın baş verməsi səbəb olub.

Elektrik enerjisinin verilməsi dayandırılan yaşayış məntəqələrinin sakinləri APA-ya bildiriblər ki, kəndlərin əksəriyyəti dünən axşam saatlarından işıqsız qalıb. Artıq bir sutkadan çoxdur ki, sakinlər elektrik enerjisi ilə təchiz edilmir.

Bərdə Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu gün gecə saatlarına qədər kəndlərin elektrik enerjisi ilə təchizatı təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR