Bank Of Baku

Kulevi «Qara Dəniz Terminalı»nda «Yeni İpək Yolu» layihəsinin iştirakçıları ilə görüş keçirilib

Kulevi «Qara Dəniz Terminalı»nda «Yeni İpək Yolu» layihəsinin iştirakçıları ilə görüş keçirilib
# 01 sentyabr 2010 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gürcüstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi «Qara Dəniz Terminalı»nda «Yeni İpək Yolu - Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa Qaz Odisseyası» layihəsinin iştirakçıları ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan qazının Avropa bazarlarına çıxarılması yolunda irəliləmək üçün bir araya gəlmiş Amerika, Azərbaycan və Türk tələbələrindən ibarət qrupun qazla dolu kanistri İstanbula çatdırmasıdır.

Layihə iştirakçılarına Montana Dövlət Universitetinin (ABŞ) professoru, jurnalist, «Azərbaycan gündəliyi» və «Gürcüstan gündəliyi» kitablarının, «Montanada muğam» filminin və «Bakı-Tbilisi-Ceyhan Neft Odisseyası» layihəsinin müəllifi Tomas Qoltz rəhbərlik edir. O, həmçinin gerçəkləşdirilən layihənin də müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR